Türkiyənin müdafiə sənayesinin gündəliyi | 2026-cı il iyunun 15-21-i

2026/04/savun-1776088873.jpg
Oxunub: 237     16:09     22 İyun 2026    
Türkiyə müdafiə sənayesində ötən həftə ərzində hava hücumundan müdafiə sistemlərindən dəniz platformalarına, mühərrik texnologiyalarından beynəlxalq əməkdaşlıqlara qədər bir sıra mühüm hadisələr baş verib.

Ordu.az xəbər verir ki, 2026-cı il iyunun 15-21-i tarixləri ərzində Türkiyə müdafiə sənayesində diqqətçəkən inkişaflar qeydə alınıb.

Türkiyə Milli Müdafiə Nazirliyi ASELSAN istehsalı olan SİPER “Blok 2” Hava Hücumundan Müdafiə Sistemi tərəfindən hava hədəfinin uğurla məhv edildiyi görüntüləri yayımlayıb.

KAAN layihəsi də daxil olmaqla milli hava platformaları üçün hazırlanan mühərriklərin sınaq, doğrulama və kvalifikasiya proseslərinin həyata keçirilməsi məqsədilə Gebze Texniki Universitetinin nəzdində TRMOTOR Alt Sistemlər Sınaq Mərkəzi istifadəyə verilib.

ASELSAN İndoneziya ordusuna radioelektron mübarizə sistemləri ilə bağlı brifinq və təlim sessiyası keçirib.

Fransanın paytaxtı Parisdə təşkil olunan “Eurosatory 2026” sərgisində çoxsaylı Türkiyə müdafiə sənayesi şirkətləri iştirak ediblər.

FNSS və Çexiyanın “CSG Defence” şirkəti Avropanın yeni quru sistemləri üzrə “Danube Defence Systems” birgə təşəbbüsü üçün “Eurosatory 2026” sərgisində çərçivə sazişi imzalayıblar.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün və onu müşayiət edən nümayəndə heyəti Yaponiyada müxtəlif görüşlər keçirib.

MKE tərəfindən hazırlanan TOLGA 20 mm Yaxın Hava Hücumundan Müdafiə Sistemi Macarıstanın HT Division şirkətinin istehsalı olan 6×6 insansız quru platformasına inteqrasiya edilib.

BAYKAR tərəfindən hazırlanan “Bayraktar” TB3, ROKETSAN istehsalı CİRİT lazerlə idarə olunan raket ilə həyata keçirilən atış sınağını uğurla başa vurub.

“Skydagger” ilə “L3Harris Technologies” arasında “Eurosatory 2026” sərgisində pilotsuz uçuş aparatı əleyhinə sistem texnologiyalarının inteqrasiyasına yönəlmiş Anlaşma Memorandumu imzalanıb.

ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında hava hücumundan müdafiə sistemlərinin təchizatına dair 780 milyon avro dəyərində müqavilə bağlanıb.

OSSA tərəfindən təşkil edilən IDA sərgisinin 2026-cı ildə Ankarada, 2027-ci il sentyabr ayında isə İspaniyada keçiriləcəyi açıqlanıb.

“Koluman Otomotiv” “Eurosatory 2026” sərgisi çərçivəsində KISRAK platformasının yanacaq tankeri konfiqurasiyasını ilk dəfə nümayiş etdirib.

AKINCI, TÜBİTAK SAGE tərəfindən hazırlanan BOZOK sursatı ilə keçirilən atış sınağını uğurla tamamlayıb.

“ARES Shipyard” tərəfindən hazırlanan ARES 18 SAR xilasedici kateri özünüdüzəltmə sınağını uğurla başa vurub.

Makina və Kimya Sənayesi tərəfindən hazırlanmış yeni nəsil Mobil Platforma Vasitəsi (MAP DUAL) sınaq atışlarını uğurla tamamlayıb.

ASFAT-ın baş podratçılığı ilə “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında inşa olunan TCG KOÇHİSAR Açıq Dəniz Patrul Gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib.

İtaliya hökuməti “Leonardo” və “Baykar” arasında yaradılan 50 faizlik birgə müəssisəyə şərti razılıq verib.

STM Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi Dənizdə Təchizat və Logistika Dəstək Gəmiləri Layihəsi çərçivəsində ikinci gəmi olan N.R.P. D. DINIS üçün təməlqoyma mərasimini İstanbulda keçirib.

Belçikanın “Euramec” şirkəti ilə HAVELSAN arasında simulyasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu “Eurosatory 2026” sərgisində imzalanıb.

ASFAT-ın baş podratçılığı ilə “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında inşa olunan HİSAR sinfinə məxsus Açıq Dəniz Patrul Gəmisi “Contraamiral Roman Korveti” Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“Anadolu Savunma” şirkətinin SEYİT 6×6 taktiki platforması -40 və +65 dərəcə selsi aralığında iqlim kamerasında həyata keçirilən buzlanma sınağını uğurla başa vurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin